tabibyte

home / blog / ROUND-UP 1 : “THE OFF-SEASON” və “Super What?”

ROUND-UP 1 : “THE OFF-SEASON” və “Super What?”

#review #music / mar 2022

1. J. Cole ‑ "The Off‑Season"

J. Cole - The Off-Season album cover

2 ildən sonra J. Cole axır ki, tam proyektini onlayn elədi. Fanlar, hətta kritiklər belə bu albomu çox gözləyirdilər. “İ n t e r l u d e”u sinql kimi çıxarandan və onun Afrika Basketbol Liqasında oynayacağı məlum olandan qısa müddət sonra heçnədən sosial şəbəkələrdə böyük “hype” yığdı və bir növ meme‑ə çevrildi. Bu yeni albomun da onun digər albomları kimi uğurlu olacağına heç bir şübhə qalmadı.

“The Off‑Season”da üz qapağından və adından göründüyü kimi, J. Cole öz keçmiş basketbol tematikasına, 2007‑dən “The Come Up” və 2009‑dan “The Warm Up” miksteyplərinə qayıdır. Off‑Season sözü basketbol terminologiyasında basketbolçunun bir müddət karyerasına ara verməsinə və idmandan uzaq qalmasına deyilir.

Albomun çıxmasından azca qabaq işıq üzü görən sənədli filmi “Applying Pressure: The Off‑Season Documentary”də J. Cole‑un özünün dediyinə görə, bu müddət kənarlaşıb özünü inkişaf elətdirmək , fasilədən sonra daha yaxşı özünlə geri dönmək deməkdi. Bu albomda da J. Cole öz keçmişiylə indiki özünü müqayisə eləyir, nə qədər dəyişdiyini, nələri inkişaf elətdirdiyini, amma özünə hələ də sadiq qaldığını dinləyiciyə çatdırmağa çalışır.

Albom “9 5 . S o u t h”la başlayır. Hansı ki J. Cole‑un ikinci evi Nyu‑Yorkdan doğma ştatı Şimali Karolinaya qədər olan ərazini əhatə edən yolun adıdır. Bu trekdə o rep dünyasıyla, həyatla bağlı fikirlərini bölüşür, indi onun üçün repin çox asan olduğunu deyir və öz evindən danışır. Treki Nyu‑Yorklu rapper Camron narrasiya edir və sonluğda əfsanəvi Lil Jon və The East Side Boyz‑un “Put Yo Hood Up” trekindən sample gəlir.

Sonra gələn “a m a r i” trekində isə Jermaine Şimali Karolinadakı, cənub şərqdəki, ətrafındakı reperlərdən və Dreamville‑dən söhbət açır. Ona görə də trek Dreamville‑in meneceri İbrahim Həmədin oğlu və eyni zamanda leybl yoldaşı Bas‑ın qardaşı oğlunun şərəfinə adlandırılıb. Trekin beati də çox yaxşıdı. Belə ki, trekin prodüserləri arasında T‑Minusu, Timbalandı və J. Cole‑un özünü görə bilərik.

Növbəti trek ‑ “m y . l i f e” albomun ən başlıca treklərindən biridi. Trek sanki 21 Savage və J. Cole‑un çox məşhur birgə işlərindən olan “a lot”u davam elətdirir. Hər ikisi burada da treki möhtəşəm ifa ediblər.

“a p p l y i n g . p r e s s u r e” və “p u n c h i n . t h e . c l o c k”da J. Cole‑un səslənmədən çox sözlərə ağırlıq verdiyi görünür. Bu ikili köhnə boom bap hip‑hop stilindədi. Bəlkə, elə buna görə bu treklər digər treklər qƏdәr diqqәt görmәdilәr. “Punching the clock” ifadәsi hәr gün dayanmadan çalışmaq anlamına gәlir. Adından da göründüyü kimi, J. Cole trekdә bu illәr Ərzindә heç vaxt dayanmayıb hәmişә öz üstündә işlәdiyini deyir vә sonrakı “1 0 0 . M i l ` ” trekindә dә bu narrativi davam elƏtdirir.

“p r i d e . i s . t h e . d e v i l ” albomun növbəti hitlƏrindƏn vƏ şƏxsƏn, mƏnim Ən xoşuma geldiyim treklƏrdƏn biridi. Amine‑nin “I Can’t Decide” trekiylə eyni sample paylaşan bu mahnıda Lil Baby vƏ J. Cole qürurdan, onun tƏhlükƏlƏrindƏn vƏ insana nɛlɛri elɛtdirɛ bilɛcɛyindӘn danışırlar.

Sonra gələn “l e t . g o . m y . h a n d” isə, bəlkə də, albomun ən “underrated” trekidi. Instrumental zəngindi, sondakı outro hissəsi də sinql kimi çıxan “i n t e r l u d e”a fərqli giriş verir. J. Cole elə trekin özündə instrumentalı çoxdan əldə etdiyini, amma bu vaxta qədər beat‑ə nəsə yazmağ üçün ilham gəlmədiyini və bunun üçün zaman tələb olunduğunu deyir. Trekin adı, trekdə haqqında danışdığı hekayədən, Jermaine‑in oğlunun Əlindən tutduğu zaman oğlunun Əlini buraxmasını istəməsindən vƏ J. Cole‑un onun da nƏ vaxtsa böyüyüb öz ayağı üstƏ qalmasını düşünmƏsindƏn sonra yaranıb.

Albom “Lewis Street”də ikili sinqllardan biri kimi çıxan “t h e . c l i m b . b a c k”dən və albomu sonluğuna yaxınlaşdıran “c l o s e” trekindən sonra “h u n g e r . o n . h i l l s i d e” ilə bitir. Geniş, dolu ama sadə instrumentallı motivasiyaedici bir trekdə J. Cole bu baş verənlərdən sonra yenə özü kimi qalacağını, işinə hələ də davam edəcəyini deyir və Bas‑ın möhtəşəm vokallı outrosuyla albomu sonlandırır.

Bu albom J. Cole‑un magnum opusu ‑ ən yaxşı albomu olmasa da, onun bir növ düşüncəsini, hal‑hazırki durumunu, həyatdakı vəziyyətini, bura gəlmək üçün nələrdən keçdiyini və ümumiyyətlə, öz daxili dünyasını çox yaxşı təcəssüm elətdirirdi. 2014‑dən bəri featurelar‑dan çəkinən artisti nəhayət Lil Baby, 21Savage, 6lack‑lə feat‑də görmək də çox xoş oldu.

2. MF DOOM & CZARFACE ‑ Super What?

MF DOOM & CZARFACE ‑ Super What? album cover

Yeraltı hip‑hopun ən qəddar “caniləri” MF DOOM və CZARFACE (Inspectah Deh, 7L, Esoteric) 2018‑ci ildə çıxmış “Czarface Meets the Metal Face” albomundan sonra ikinci və sonuncu dəfə, nəhayət, bir araya gələ bildilər. Əslində, Esoteric‑in dediyinə görə, 2020‑ci ilin yayında “Super What?” üzərində işlər artıq tamamlanmışdı, amma görünür, pandemiya anti‑qəhrəmanlara da öz təsirini göstərirmiş.

Albom 2 hissədən, “Doom side” (1‑4 treklər) və “Czar side”dan (5‑10 treklər) ibarətdir. İlk hissənin ilk treki “The King and Eye” üzvlərdən birinin stuldan yerə yıxılıb güldüyü maraqlı skitlə başlayır və bu qeyri‑ciddilik, ironik ab‑hava bir neçə trek xaric digər bütün treklərdə də qorunub saxlanılır.

İlk 4 trek production və verse baxımından çox yaxşı idi və demək olar, ancaq bu hissədə MF DOOM‑u yaxşıca eşidə bildim, çünki albomda MF DOOM‑a daha az yer verilirdi. “Jason & The Czargonauts”da qonaq artist kimi Del The Funky Homosapien daha aqressiv və slow tərziylə 2‑ci hissəyə və ümumilikdə, alboma azca fərqlilik qatır.

Albomun mənə görə ən yaxşı treki ondan sonra gələn “Break in The Action” trekidi. Caz stilində sample, qafiyə ardından qafiyə, MF DOOM‑un və Esotericin verse‑i və vers‑ə girişi, nəqarət olaraq da təkrarlanan “as I continue where we left off” çox yaddaqalandı.

Daha sonra albomun yeganə interlude‑u “A Name In The Face” gəlir. Maraqlısı odur ki, bütün trek boyu real podkast və verilişlərdən sample‑larda aparıcılar Czarface‑in kim olduğunu öyrənməyə çalışır və adını tələffüz etməkdə çətinlik çəkir, amma MF DOOM‑dan isə heç kim danışmır. Bu da çox güman MF DOOM‑un daha tanınmış olması və təqdimə ehtiyacı olmamasına görədi.

Interlude bitən kimi albom ən aqressiv treklərindən birinə ‑ “This is Canon Now”a keçid edir. “So Strange “ və “Your World” trekləri isə bu alboma gözəl klassik sonluq qoyur.

Ümumilikdə “Super What?” coverdən də göründüyü kimi, hər iki kollektivin sevdiyi 80‑lərin geek kontenti, superqəhrəman komiksləri, animasiyaları vaybını skitlərdə və soundda özünü tam əks elətdirir. MF DOOM, Esoteric və Inspectah öz stillərində həmişə olduğu kimi Şekspirdən tutmuş Black Adama, Bojack Horseman‑a qədər fərqli‑fərqli istinadlarla albomu doldurur